ABŞ-ın Nebraska ştatının Omaha şəhərində baş vermiş silahlı insident zamanı azı bir nəfər ölüb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin internet saytında məlumat yer alıb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-dakı atışmada səkkiz nəfər ölüb – YENİLƏNİB
Hüquq-mühafizə orqanları tərəfindən yayılan məlumata görə, naməlum şəxs ticarət mərkəzlərindən birinin birinci mərtəbəsində atəş açıb. Güllə yarası alan iki nəfər xəstəxanaya aparılıb, ancaq onlardan biri ölüb.
İnsidenti törədən şübhəli cinayətkar hadisə yerindən qaçaraq gizlənib. Hazırda polis onu axtarır.
Bizim.Media