Tbilisi ölkənin üçüncü prezidenti Mixail Saakaşvilinin komandasında işləyən və hazırda Ukrayna ərazisində olan iki nəfərin ekstradisiyasını tələb edir.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin bəyanatında deyilir.
Bildirilib ki, söhbət Ukrayna Baş Prokurorunun müşaviri Zurab Adeişvili və Ukrayna Əks-Kəşfiyyat Xidmətinin rəhbərinin müavini Georgi Lortkipanidzedən gedir.
“Ümid edirik ki, Ukrayna hakimiyyəti Gürcüstan və Ukrayna, gürcü və ukrayna xalqları arasında dostluq ruhuna birbaşa zidd olan qərarlara yenidən baxacaq. İlk növbədə, münasibətləri tənzimləmək üçün Ukrayna hakimiyyəti üçün hazırda Ukrayna hökumətində yüksək vəzifə tutan cinayətkarların Gürcüstana köçürülməsi vacib və zəruridir”, - deyə bəyanatda qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:00 / 11.03.2024
Gürcüstan Ukraynaya münasibətlərin tənzimlənməsi tələbini irəli sürüb
Hazırda oxunan: Gürcüstan Ukraynaya münasibətlərin tənzimlənməsi tələbini irəli sürüb
Hazırda oxunan: Gürcüstan Ukraynaya münasibətlərin tənzimlənməsi tələbini irəli sürüb
182131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.