Ukrayna Xarici İşlər Nazirliyi, Kiyevdəki Rusiya səfirinə və diplomatlarına Ukraynanı tərk etmək üçün 72 saat vaxt verib.
Bizim.Media xəbər verir ki, bu barədə "Ria Novosti" məlumat yayıb.
Məlumata görə, Rusiya tərəfi Ukraynanı bu addımını diplomatik qisas adlandırıb.
Qeyd edək ki, Federal Təhlükəsizlik Xidməti bu gün Ukraynanın Sankt-Peterburqdakı konsulu Aleksandr Sosonyukun Rusiya vətəndaşından məxfi məlumatlar alarkən saxlanıldığı barədə məlumat yayıb.
Diplomat bir neçə saatdan sonra sərbəst buraxılıb.
Rusiya Sankt-Peterburqdakı Ukrayna konsulu Aleksandr Sosonyuku ölkədən çıxarmaq barədə qərar qəbul edib.
Bizim.Media