Amsterdamda İslamı sərt tənqid edən partiya lideri ölümlə hədələndi

Amsterdamda İslamı sərt tənqid edən partiya lideri ölümlə hədələndi

Hazırda oxunan: Amsterdamda İslamı sərt tənqid edən partiya lideri ölümlə hədələndi

181964

Amsterdam polisi ifrat sağçı Azadlıq Partiyasının lideri Qert Vildersi öldürməklə hədələyən şəxsi saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə siyasətçi “X” səhifəsində yazıb.

“Bu həftə sonu məni öldürməklə hədələyən bir adamı saxlayan Amsterdam polis bölməsinə çox təşəkkür edirəm”, - siyasətçi qeyd edib.
NOS telekanalının məlumatına görə, polis həmin şəxsin həbs olunduğunu təsdiqləyib. Bazar ertəsi məhkəmə istintaq dövrü üçün qabaqlayıcı tədbirlər haqqında qərar verməlidir.

İslamı və müsəlmanları sərt tənqid etdiyinə görə Vilders daim təhdidlər alır və gecə-gündüz polisin xüsusi mühafizəsi altında olur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO