"Kurtlar vadisi Pusu"nun aktyoru VƏFAT ETDİ - FOTO 

Hazırda oxunan: "Kurtlar vadisi Pusu"nun aktyoru VƏFAT ETDİ - FOTO 

181863

Türkiyənin məşhur aktyoru Kayhan Yıldızoğlu 90 yaşında dünyasını dəyişib.

Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, bu barədə ustad sənətkarın qızı Sibel Aybar məlumat verib.

Yıldızoğlunun cənazəsinin 11 mart bazar ertəsi İstanbul-Feriköy qəbiristanlığında torpağa veriləcəyi bildirilib.

1966-cı ildə Haldun Tanerin rəhbərliyi ilə ilk filminə çəkilən Yıldızoğlu türk kinosunda keşiş, həkim, komissar və köməkçi rollarını canlandırıb. Yıldızoğlu 150-dən çox filmə və seriallarda çəkilib.
Aktyor "Kurtlar vadisi Pusu", "Akasya durağı", "Darısı başımıza", "Arka sokaklar", "Evim sensən", "Selena", "Çiçek taksi", "Adanalı", "Yabancı damat", "Cennet mahallesi", "Rabia", " Acı hayat" kimi bir çox unudulmaz seriallarda rol alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO