Rişi Sunakın yazıçı qayınanası Hindistanda deputat olacaq

Rişi Sunakın yazıçı qayınanası Hindistanda deputat olacaq

Hazırda oxunan: Rişi Sunakın yazıçı qayınanası Hindistanda deputat olacaq

181723

Böyük Britaniyanın baş naziri Rişi Sunakın qayınanası olan məşhur hind yazıçısı Sudha Murti Hindistan prezidenti Draupadi Murma tərəfindən parlamentin yuxarı palatasının deputatlığına namizəd göstərilib.

Bizim.Media xəbər verir ki, bu barədə Hindistanın “Swarajya” qəzeti yazıb.

“Mən şadam ki, Hindistan prezidenti Sudha Murtinin namizədliyini irəli sürüb. Xanım Sudhanın sosial iş, xeyriyyəçilik və təhsil də daxil olmaqla müxtəlif sahələrə verdiyi töhfələr çox böyük və ruhlandırıcıdır”, - Baş nazir Narendra Modi bildirib.

Hindistan parlamentinin yuxarı palatası 245 üzvdən ibarətdir, onlardan 12-ni şəxsən prezident təyin edir. Bir qayda olaraq, onlar xüsusi xidmətləri ilə fərqlənmiş məşhur mədəniyyət və elm nümayəndələridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO