Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının rəhbəri Leonid Slutski Luqanskda Avdeyevka əməliyyatında iştirak edən rusiyalı hərbçilərlə görüşdə deyib ki, Ukraynada döyüşlər bu il Rusiyanın qələbəsi ilə yekunlaşacaq. Partiya lideri əlavə edib ki, əməliyyatların başa çatması üçün Xerson, bütün sağ sahil, Kramatorsk, Slavyansk, Svyatoqorsk və Liman “azad edilməlidir”.
Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, belə bir vaxtda Ukrayna Silahlı Qüvvələri Avdeyevkada bir qrup rus hərbçisini məhv edib. Eyni zamanda Rusiyanın Samara vilayətində dəmiryol körpüsündə partlayış baş verib. Naməlum şəxslər dəmir yolunun Zvezda-Çapayevsk adlanan hissəsində körpünün dayaqlarını partlatmağa cəhd ediblər. Nəticədə körpünün metal konstruksiyaları zədələnsə də, dayaqlar ziyan görməyib. Moskvadan gələn qatarların hərəkəti dayandırılıb.
Ukrayna lideri Zelenski Xarkov sakinlərini evlərinə qayıtmamağa çağırıb.
Prezident deyib ki, Rusiya ordusu irəliləməyə davam etdiyi üçün Ukrayna Silahlı Qüvvələri Xarkovu itirə bilər. “Biz başa düşürük ki, onların ordusunu mümkün qədər geri çəkməliyik. Əks halda, Xarkovu tam müdafiə etmək çox çətin olacaq”.
Kəşfiyyat məlumatlarına görə, Rusiya ordusunun Xarkov vilayətinin Kupyansk şəhərində davam edən hücumu fonunda Ukrayna buradakı müəssisələrinin 80 faizini boşaldıb. Rusiya mənbələri iddia edir ki, yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinin Xarkovdan tam geri çəkiləcəyi gözlənilir. "Su-34" qırıcı-bombardmançılarının ekipajı isə Krasnolimansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin texnika və canlı qüvvəsinə FAB-500 hava bombaları ilə hücum edib.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, zərbə döyüş təmas xəttindən təhlükəsiz məsafədən dəqiq zərbələr endirməyə imkan verən universal planlaşdırma və korreksiya moduluna malik FAB-500 idarə olunmayan hava bombaları ilə həyata keçirilib.
Putinin ideoloqu kimi bilinən rusiyalı strateq Aleksandr Duqin öz müsahibəsində bildirib ki, üçüncü dünya müharibəsi başlayıb və biz indi bunun ilk mərhələsindəyik:
"Biz də heç vaxt nüvə müharibəsinə bu qədər yaxın olmamışıq. Rusiyaya hücum dünyanın məhvi deməkdir. NATO indiki siyasətini davam etdirsə, məhv olma günü qaçılmaz olacaq”.
Duqin əlavə edib ki, bu müharibədə təkcə taktiki nüvə silahları deyil, həm də strateji nüvə silahlarından istifadə olunacaq:
"Əgər biz bu müharibədə Ukraynanı məğlub edə bilməsək, bu, birbaşa nüvə müharibəsinin başlaması demək olacaq. Biz bütün Ukrayna üzərində nəzarəti ələ alana qədər dayanmağı planlaşdırmırıq. Bundan sonra heç bir diplomatik həll bizə bu məqsədimizə çatmağımızda mane ola bilməz. Ona görə də bu gün Ukraynanı silahla təmin edənlər bilməlidirlər ki, onlar nüvə müharibəsi riskini artırırlar".
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:23 / 05.03.2024
İDDİA: 2024-də Ukraynada müharibə bitəcək - Rus ordusu bu əraziləri götürəcək
Hazırda oxunan: İDDİA: 2024-də Ukraynada müharibə bitəcək - Rus ordusu bu əraziləri götürəcək
Hazırda oxunan: İDDİA: 2024-də Ukraynada müharibə bitəcək - Rus ordusu bu əraziləri götürəcək
181133
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.