MDB-yə üzv dövlətlər vətəndaşlarını Rusiyadan çıxarsın – İyunun 15-dək vaxt verildi  

MDB-yə üzv dövlətlər vətəndaşlarını Rusiyadan çıxarsın – İyunun 15-dək vaxt verildi  

Hazırda oxunan: MDB-yə üzv dövlətlər vətəndaşlarını Rusiyadan çıxarsın – İyunun 15-dək vaxt verildi  

18105

Rusiyanın Daxili işlər nazirliyi MDB-yə üzv olan dövlətlərdən öz vətəndaşlarını bu ilin iyun ayının 15-nə qədər Rusiya ərazisindən çıxarmalarını tələb edib.

Bizim.Media xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə nazir müavini Aleksandr Qorovoy MDB-nin Parlamentlərarası Assambleyasının toplantısında bəyan edib.

Bildirib ki, hazırda Rusiya ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min adam qeyri-leqal yaşayır.

“Əgər biz bu rəqəmi iyun ayının 15-nə qədər təmizləməsək o zaman prezidentin fərmanına əsasən həmin şəxslər ölkədən çıxarılmağa və sərhədlərin bağlanmasına qədər cəzaya məruz qalacaqlar”, - deyə Aleksandr Qorovoy vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO