Britaniyada terror aktı təhlükəsi artıb - SƏBƏB

Britaniyada terror aktı təhlükəsi artıb - SƏBƏB

Hazırda oxunan: Britaniyada terror aktı təhlükəsi artıb - SƏBƏB

180973

Britaniyada terror aktı təhlükəsi artıb və 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilən terror aktlarından sonra ən yüksək səviyyəyə qalxıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya "dailymail.co.uk" saytında yer alıb.

Nəşr qeyd edir ki, terror təhlükəsi səviyyəsinin artmasına səbəb Böyük Britaniyanın baş naziri Rişi Sunakın Britaniya yəhudilərini müdafiə edən bəyanatları olub.
Qeyd olunur ki, təhlükəsizlik rəsmiləri bu barədə Britaniya parlamentinin üzvlərinə xəbərdarlıq ediblər. 

Mənbələr bildiriblər ki, müsəlmanların müqəddəs Ramazan ayında ekstremist fəaliyyətlər aktivləşəcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO