Rusiyada Ukrayna ilə münaqişə rejimindən təngə gələn vətəndaşlar etiraz nümayişlərinə başlayıblar.
Bizim.Media xəbər verir ki, paytaxt Moskvada xeyli sayda insan şəhərin böyük küçə və prosoektlərində yolları bağlayıb, avtomobillərin hərəkətini məhdudlaşdırıblar.
Etirazçılar “Putinsiz Rusiya!”, “Müharibəyə yox!”, “Əsgərləri evlərinə qaytarın”, “Ukraynalılar yaxşı insanlardır” şüarları səsləndiriblər.
Yoldan keçən maşınlar aksiyaya dəstək əlaməti olaraq siqnal veriblər.
Bizim.Media