Ərdoğan zəlzələdə Türkiyəyə yardım edən ölkələrə TƏŞƏKKÜR ETDİ

Ərdoğan zəlzələdə Türkiyəyə yardım edən ölkələrə TƏŞƏKKÜR ETDİ

Hazırda oxunan: Ərdoğan zəlzələdə Türkiyəyə yardım edən ölkələrə TƏŞƏKKÜR ETDİ

180672

Xəbər veridyimiz kimi Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumunun martın 1-də rəsmi açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, açılış mərasimində iştirakçıları salamlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il keçirilməsi Nəzərdə tutulan forumun təxirə salınmasının əsas səbəbinin fevralın 6-da baş vermiş zəlzələnin olduğunu xatırladıb.

On bir vilayətə və 14 milyon vətəndaşa təsir edən, 53 mindən çox insanın ölümünə səbəb olan bu zəlzələnin fəsadlarının aradan qaldırıldığını diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan bu çətin günlərdə Türkiyənin yanında olan dost və qardaş ölkələrə təşəkkürünü bildirib.
Vurğulanıb ki, turizm mərkəzi olan Antalya bu forumla qlobal diplomatiyanın ürəyinin döyündüyü mərkəzlərdən birinə çevrilir. Bu il iştirakçıların sayı bunun əyani təzahürüdür.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO