“AKINCI” PUA-sı 100 kilometrdəki hədəfi dəqiqliklə VURDU – FOTO 

“AKINCI” PUA-sı 100 kilometrdəki hədəfi dəqiqliklə VURDU – FOTO 

Hazırda oxunan: “AKINCI” PUA-sı 100 kilometrdəki hədəfi dəqiqliklə VURDU – FOTO 

180623

Müdafiə Sənayesi nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Bayraktar AKINCI” layihəsi çərçivəsində Baykar tərəfindən milli və yerli olaraq hazırlanmış “Bayraktar AKINCI” hücum pilotsuz uçuş aparatına (HPUA) yeni və yerli istehsal olan sursat və sistemlərin inteqrasiyası uğurla davam edir. 

Bu barədə Bizim.Media-ya Baykar şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bildirilib ki, Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “AKINCI” layihəsi çərçivəsində Baykar şirkəti tərəfindən hazırlanmış “Bayraktar AKINCI” PUA Çakır raketi ilə sınaq həyata keçirib.
Uğurla yekunlaşan sınaq atəşində dənizdəki hədəf 100 kilometr uzaqdan dəqiqliklə vurulub.

Atış testində Çakır raketinin sürəti 800 km/saata yüksəlib. Bununla da Çakır raketinin kilometrlərlə uzaqlıqdakı önəmli hədəfləri dəqiqliklə məhv etməsi təsdiqlənib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO