Korotçenkodan SƏRT XƏBƏRDARLIQ – “Rusiyada Ermənistana qarşı nifrət alovlanacaq”

Korotçenkodan SƏRT XƏBƏRDARLIQ – “Rusiyada Ermənistana qarşı nifrət alovlanacaq”

Hazırda oxunan: Korotçenkodan SƏRT XƏBƏRDARLIQ – “Rusiyada Ermənistana qarşı nifrət alovlanacaq”

180494

“Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistana gözlənilən səfəri ola bilsin ki, Rusiyada Ermənistana qarşı nifrəti alovlandırsın”.

Bu fikirləri Ermənistanda son vaxtlar cərəyan edən hadisələri Bizim.Media-ya şərh edən Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.

O bildirib ki, bu baş verərsə, Rusiyanın, xüsusən də, baş nazir Nikol Paşinyana münasibət yaxşı olmayacaq:

“Çünki Ermənistan KTMT-nin üzvüdür. Bu təşkilata üzv olanda da Ermənistan öz üzərinə müəyyən öhdəliklər götürüb. Həmin öhdəliklərdən biri də üzv ölkələrin ümumi maraqlarının qorunmasıdır. Hazırda KTMT üzvü olan Rusiya Ukrayna ilə müharibə şəraitindədir. Belə bir zamanda Zelenskinin İrəvana dəvət edilməsinin heç bir hüquqi və siyasi izahı yoxdur. Baxmayaraq ki, Ermənistan son vaxtlar KTMT ilə əməkdaşlığı “dondurub”. Amma ən azından formal olaraq bu ölkə KTMT-nin üzvü olaraq qalır”.

Bəs, Paşinyan niyə belə addım atır?

“Nəzərə alaq ki, Zelenskinin Ermənistana səfərini hələlik rəsmi İrəvan təsdiqləməyib. Bununla belə, Zelenskinin Ermənistana səfəri ideyası Paşinyanın istəyi ilə yox, ABŞ, Böyük Britaniya, Fransa və digər Avropa dövlətlərinin göstərişi ilə ortaya atılıb. Çünki Paşinyan Qərbə meyillənir. Bunun hesabına da Ermənistan əzəli müttəfiqi Rusiyadan üz çevirir. Qərb də bu faktdan istifadə edərək, Ermənistanı Rusiyaya və KTMT-ə qarşı siyasət aparmağa təşviq edir”.

Həmsöhbətimiz bir vacib məqama da toxunub:

“Son vaxtlar biz Ermənistandan Rusiya hərbçilərinin çıxardılması çağırışlarını eşidirik. Nəzərə alaq ki, parlament spikeri Alen Simonyan bir neçə gün əvvəl bəyan etmişdi ki, İrəvandakı hava limanından rusiyalı hərbçilər çıxarılmalıdır. Qeyd edim ki, Simonyan Ermənistanın siyasi elitasında ikinci simadır.

Ona görə də spikerin fikirləri onun şəxsi qənaəti deyil, Ermənistanın siyasi mövqeyidir. Təbii ki, rəsmi İrəvanın addımları Rusiyada diqqətlə izlənilir. Hadisələr bu cür inkişaf edərsə, Rusiya siyasi qərarlar vermək məcburiyyətində qalacaq ki, bu da Ermənistana yaxşı heç nə vəd eləmir.

Surxay Atakişiyev, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO