Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ hərbi gəmilərinin Qara dənizə keçidinin ləğv edildiyini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, nazir bu haqda Türkiyənin NTV kanalının efirində deyib.
MÖVZU İLƏ BAĞLI:
''Ermənistan tarixinə güvənmir'' - Çavuşoğlu
“Bizə şifahi olaraq ABŞ gəmilərin keçidinin ləğv edildiyi bildirildi. Ancaq fikirlərini dəyişdirsələr, gəmiləri göndərmək üçün daha üç gün vaxtları var, bildiriş yenə də qüvvədə olacaq. Gəmilər üç gün ərzində keçməzsə, yenidən planlaşdırılmış keçid üçün 15 gün əvvəlcədən bildiriş göndərməlidirlər”, deyə Çavuşoğlu qeyd edib.
Onun sözlərinə görə, bu yaxınlarda ABŞ hərbi gəmilərinin Qara dənizə keçməsi barədə 14 bildiriş gəlib, onlardan beşi ləğv edilib.
Türkiyə Xarici İşlər Nazirliyindəki bir mənbə daha əvvəl RİA Novosti-yə bildirmişdi ki, ABŞ-ın Ankaradakı səfirliyi Türkiyəyə iki döyüş gəmisinin Bosfor boğazından Qara dənizə keçməsinin ləğv edildiyi barədə anons vermişdi.
Bizim.Media