Rusiya ordusu Avdeyevkada  yeni mövqelər ələ keçirib

Rusiya ordusu Avdeyevkada  yeni mövqelər ələ keçirib

Hazırda oxunan: Rusiya ordusu Avdeyevkada  yeni mövqelər ələ keçirib

178943

Rusiya ordusu Ukraynanın Donetsk vilayətində nəzarətə götürülən Avdeyevkada  yeni mövqelər ələ keçirib.

Bizim.Media  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə,  “Mərkəz” hərbi qrupunun bölmələri Avdeyevka istiqamətində daha sərfəli mövqeləri, eləcə də şəhərdəki koks zavodunu nəzarətə götürüb.

Qeyd edilib ki, şəhərdə sutka ərzində 9 hücumun qarşısı alınıb və  565 Ukrayna əsgəri zərərsizləşdirilib:

“Həmçinin, Kupyansk istiqamətində 30 Ukrayna əsgəri əsir götürülüb və “Leopard” tankı məhv edilib. Son 24 saat ərzində Ukrayna ordusuna məxsus ümumilikdə 96 PUA və ABŞ istehsalı olan 2 HIMARS tipli raket məhv edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO