Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornu ölkənin hərbi-sənaye kompleksinin müəssisələrinə haker hücumlarının artdığını açıqlayıb və bu hücumlarda Rusiyanın əli olduğunu irəli sürüb.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Le Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.
“Biz getdikcə tez-tez və aqressivləşən Rusiya mənşəli kiber hücumlarla qarşılaşırıq. Bu hücumlar bizim infrastrukturumuza qarşı yönəlib”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, bir neçə ay əvvəl hakerlərin ölkənin iri müdafiə müəssisəsinə hücumunun qarşısı alınıb:
“Hakerlər Fransa və onun müttəfiqləri üçün hərbi istehsalı pozmağa cəhd ediblər”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
02:40 / 19.02.2024
Rusiya Fransanın hərbi müəssisələrinə haker hücumu edib?
Hazırda oxunan: Rusiya Fransanın hərbi müəssisələrinə haker hücumu edib?
Hazırda oxunan: Rusiya Fransanın hərbi müəssisələrinə haker hücumu edib?
178784
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.