“Ukrayna ordusu Avdeyevka şəhərini tərk edib” - Sırski

“Ukrayna ordusu Avdeyevka şəhərini tərk edib” - Sırski

Hazırda oxunan: “Ukrayna ordusu Avdeyevka şəhərini tərk edib” - Sırski

178586

Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna bölmələrinə Donetskdən (DXR) 25 kilometr aralıda yerləşən Avdeyevkadan çıxmağı əmr edib. Bu qərar Ukrayna Silahlı Qüvvələrinin bu nöqtədə yerləşən əsgərlərinin mühasirəyə alınması ilə əlaqədar qəbul edilib.

Bizim.Media bu barədə “Rusiya qəzeti”nə istinadən xəbər verir. 

“Avdeyevka ətrafında yaranmış əməliyyat şəraitinə əsaslanaraq, mühasirəyə düşməmək, hərbi qulluqçuların həyat və sağlamlığını qorumaq üçün mən bölmələrimizi şəhərdən çıxarmaq və daha sərfəli olmayan xəttlərdə müdafiəyə keçmək qərarına gəldim”, – deyə Sırski yazıb. 
Xatırladaq ki, daha əvvəl ukraynalı general Aleksandr Tarnavski bildirib ki, “heyətlər artıq geri çəkilib” və Ukrayna hərbçiləri “müəyyən xətlərdə müdafiə mövqelərini tutublar”.

Məhərrəm Əliyev,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO