İsveçdə Holokost Soyqırımını inkar edənlər CƏZALANDIRILACAQ

İsveçdə Holokost Soyqırımını inkar edənlər CƏZALANDIRILACAQ

Hazırda oxunan: İsveçdə Holokost Soyqırımını inkar edənlər CƏZALANDIRILACAQ

178556

İkinci Dünya müharibəsi dövründə (1941-1945) Avropada yəhudilərə qarşı törədilmiş Holokost Soyqırımını İsveçdə inkar və ya təhqir etmək cinayət hesab edilə bilər.

Bizim.Media  xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Məlumata görə, hökumət artıq bununla bağlı müvafiq qanun layihəsi hazırlayıb. 

Qanun layihəsi təsdiq ediləcəyi təqdirdə bu əmələ görə cəza, etnik zəmində milli mənsubiyyətə görə nifrətin qızışdırılmasına dair cəzaya bərabər tutulacaq. Belə ki, qanunu pozan şəxsi cərimə və iki il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyəcək. 
Qeyd edək ki, BMT Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli qətnaməsinə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Anım Günü kimi qeyd olunur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO