Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Türkiyəyə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, Siyartonun səfəri fevralın 15-də baş tutacaq. O, Türkiyə – Macarıstan İqtisadi və Ticari Birgə Komitəsinin birinci iclasına qatılacaq.
Diplomatın türkiyəli həmkarı Hakan Fidanla görüşü də planlaşdırılıb. Görüşdə Türkiyə ilə Macarıstan arasında gücləndirilmiş strateji tərəfdaşlıq çərçivəsində ikitərəfli münasibətlərin müzakirəsi nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
04:52 / 15.02.2024
Peter Siyarto bu gün Türkiyəyə SƏFƏR EDƏCƏK
Hazırda oxunan: Peter Siyarto bu gün Türkiyəyə SƏFƏR EDƏCƏK
Hazırda oxunan: Peter Siyarto bu gün Türkiyəyə SƏFƏR EDƏCƏK
178220
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.