Qəzzada girovların azad edilməsi üçün danışıqlar GEDİR - 24 saat sövdələşmə üçün vacib olacaq

Qəzzada girovların azad edilməsi üçün danışıqlar GEDİR - 24 saat sövdələşmə üçün vacib olacaq

Hazırda oxunan: Qəzzada girovların azad edilməsi üçün danışıqlar GEDİR - 24 saat sövdələşmə üçün vacib olacaq

178018

Qəzza zolağında girovların azad edilməsi və anklavda atəşkəsə nail olunması ilə bağlı aparılan danışıqlar həlledici mərhələyə qədəm qoyub.

Bizim.Media xəbər verir ki, bu barədə CNN Fələstinin radikal HƏMAS hərəkatındakı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, qarşıdakı 24 saat sövdələşmə üçün son dərəcə vacib vaxt olacaq.

Bildirilib ki, hazırda Qahirədə Misir, ABŞ, Qətər və İsrail nümayəndələri arasında məsələ ilə bağlı məşvərət görüşü keçirilir. Görüşdə Qəzzada radikalların əlində olan girovların İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə dəyişdirilməsinə dair mümkün razılaşma, habelə anklavda atəşkəs rejiminin yaradılması perspektivləri müzakirə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO