Qırğızıstan prezidentindən ABŞ-a çağırış: \

Qırğızıstan prezidentindən ABŞ-a çağırış: \"Daxili işlərimizə qarışmayın\"

Hazırda oxunan: Qırğızıstan prezidentindən ABŞ-a çağırış: \"Daxili işlərimizə qarışmayın\"

177728

Qırğızıstan prezidenti Sadır Japarov ABŞ və digər ölkələri ölkənin daxili işlərinə qarışmamağa, respublikada baş verən prosesləri obyektiv qiymətləndirməyə çağırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.

“Biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ-la birgə işləməyə hazırıq. Yeganə xahişim odur ki, ölkəmizin daxili işlərinə qarışmasınlar”, - deyə o bildirib.

Xatırladaq ki, bu çağırış ABŞ dövlət katibi Entoni Blinkenin Qırğızıstan rəhbərinə ünvanladığı mesaja bir cavabdır.

Qeyd edək ki, fevralın 11-də ölkənin xarici işlər naziri Jeenbek Kulubayev ABŞ-ın Bişkekdəki səfiri Lesli Vigeri ilə görüşüb və Qırğızıstanda vətəndaş cəmiyyətinin narahatlığını ifadə edən ABŞ dövlət katibinə mesaj göndərib. 
Bundan əvvəl Blinken Qırğızıstan prezidenti Sadır Japarova məktub yazaraq, xarici agentlər haqqında qanunların tətbiqinin təhlükələri barədə xəbərdarlıq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO