Viktor Orban: “Qərb ölkələrinin qlobal iqtisadiyyatda dominantlıq dövrü başa çatıb”

Viktor Orban: “Qərb ölkələrinin qlobal iqtisadiyyatda dominantlıq dövrü başa çatıb”

Hazırda oxunan: Viktor Orban: “Qərb ölkələrinin qlobal iqtisadiyyatda dominantlıq dövrü başa çatıb”

177684

Qərb ölkələrinin qlobal iqtisadiyyatda dominantlıq dövrü başa çatdı, onun ağırlıq mərkəzi Qərbdən Asiya-Sakit Okean regionuna keçir.

Bizim.Media “Die Presse” qəzetinə istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Avstriyanın keçmiş Kansleri Volfqanq Şussellə görüşündə bildirib.

“Biz qlobal iqtisadiyyatda dövrü dəyişiklik yaşayırıq, bu, hər 500 ildən bir baş verə biləcək hadisədir. Qərbin dominantlığı sona çatdı. Biz etiraf etdik ki, qlobal ticarət sistemimizdə bizdən daha böyük və güclü ölkələr var. Qlobal iqtisadiyyatın ağırlıq mərkəzi - pul və mənfəət mərkəzi Qərbdən Asiyaya doğru dəyişir. Qlobal iqtisadiyyatın özəyi artıq transatlantik deyil, Trans-Sakit Okean regionundadır”, – deyə qəzet Orbanın sözlərindən sitat gətirir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO