Prezidentdən sonra daha bir macar siyasətçi istefa verdi

Prezidentdən sonra daha bir macar siyasətçi istefa verdi

Hazırda oxunan: Prezidentdən sonra daha bir macar siyasətçi istefa verdi

177628

Avropa Parlamentinə qarşıdan gələn seçkilərdə hakim "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının siyahısına başçılıq edən, əvvəllər Macarıstanın ədliyyə naziri olan Judit Varqa siyasətdən getdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, Facebook-da yazıb.

Paylaşımında siyasətçi Macarıstan prezidenti Katalin Novakın pedofiliya cinayətində iştirak edən şəxsi əfv etmək qərarının hazırlanmasında cavabdeh olduğunu izah edib.

“Mən parlament üzvündən və Avropa Parlamentinə seçkilərdə siyahının lideri kimi mandatımdan imtina edərək, ictimai həyatı tərk edirəm”, – deyə o bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO