Nikol Kidman Tom Kruzdan övladlarını istəyir – 20 İL SONRA - FOTO

Nikol Kidman Tom Kruzdan övladlarını istəyir – 20 İL SONRA - FOTO

Hazırda oxunan: Nikol Kidman Tom Kruzdan övladlarını istəyir – 20 İL SONRA - FOTO

17743

Hollivud ulduzları Tom Kruz və Nikol Kidman 2001-ci ildə boşanıblar.

Bizim.Media “7days”ə istinadən xəbər verir ki, həmin ayrılıqdan sonra aktyorların övladlığa götürdükləri iki uşaq – Konnor və İzabella Tom Kruzdan boşandığı üçün Nikol Kidmanla ünsiyyəti dayandırıblar.

Hazırda 53 yaşlı aktrisa heç olmasa oğlu Konnorla münasibətlərini bərpa etmək istəyir.

Qeyd edək ki, 26 yaşlı Konnor valideynlərinin karyerasını davam etdirməkdən imtina edib və hazırda Floridada balıqçılıqla məşğuldur. Kidman isə onu öz yanına, Avstraliyaya dəvət etmək niyyətindədir.

Xatırladaq ki, aktrisa hazırda ikinci əri olan Kit Ubran, doğma övladları olan Sendey Rouz və Feyt Marqaretlə Avstraliyada yaşayır.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO