Ukrayna Silahlı Qüvvələrinin yeni seçilmiş baş komandanı Aleksandr Sırski Rusiya vətəndaşı olub.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi Vladimirdə yaşadığını təsdiqləyən, lakin uzun illər qohumu ilə əlaqə saxlamayan qardaşı Oleqlə danışıb.
“Mən onunla ünsiyyət qurmuram, harada olduğunu da bilmirəm. Onun haqqında heç nə bilmirəm. Uzun müddət əvvəl, çox uzun müddət əvvəl oraya getmişdi (Ukraynaya - red.). Ömrü boyu orda olub, xidmətə orda başlayıb və davam etdirir, orada ailəsi var”.
Aleksandr Sırski 1965-ci ildə Rusiyanın Vladimir vilayətində anadan olub, Moskva Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirib. 2019-cu ilin avqustundan Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına komandanlıq edib.
Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnını vəzifəsindən azad edib və Quru Qoşunlarının komandanı Aleksandr Sırskini baş komandan postunda təyin edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:53 / 08.02.2024
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Rusiya vətəndaşı OLUB
Hazırda oxunan: Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Rusiya vətəndaşı OLUB
Hazırda oxunan: Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Rusiya vətəndaşı OLUB
177324
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.