ABŞ Senatı dövlət sərhədinin mühafizəsi, Ukrayna və İsrailə yardım haqqında qanun layihəsini bloklayıb.
Bizim.Media xəbər verir ki, sənəd prosessual səsvermə zamanı tələb olunan 60 səsi toplaya bilməyib.
Belə ki, 50 senator qanun layihəsinə daha tez baxılmasının əleyhinə çıxış edib.
Qeyd edilir ki, səs çoxluğuna liderlik edən Çak Şumer sərhəd müddəaları olmadan İsrail, Ukrayna və Tayvan üçün ayrıca təcili yardım paketinə dair prosedur səsverməsi keçirməyi planlaşdırır.
Bizim.Media