1 may günü dünyanın bir sıra ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü kimi qeyd edilir. Bu bayramın tarixi fəhlələrin ABŞ-da keçirdiyi etiraz aksiyasından başlayır.
1896-cı ildə mayın 1-də Amerikanın Çikaqo şəhərində 300 mindən çox fəhlə hər gün 10-15 saat işləmələrinə etiraz edərək, nümayişə çıxıb, 8 saatlıq iş günü və istirahət hüququ tələb edib. Tətil qısa müddətdə Amerikanın digər sənaye mərkəzlərinə də yayılıb. Sonralar Avropanın iri şəhərlərində, o cümlədən Rusiyada da fəhlə tətilləri başlayıb.xa0
Üç il sonra, 1889-cu ildə fəhlə partiyalarının beynəlxalq birliyi- İkinci İnternasional-ın iştirakçıları Paris konqresinə toplaşaraq, 1 may gününü bütün dünya fəhlələrinin həmrəyliyi günü elan ediblər. Dünyada ilk dəfə 1890-cı ildə bu bayramı qeyd edilib. Bununla da fəhlələrinin tətil elan etdiyi 1 may tarixi zəhmətkeşlər günü kimə tarixə düşüb.xa0
Hazırda 1 may dünyanın 67 ölkəsdə işçi bayramı günü kimi qeyd edilir. Türkiyədə də işçi bayramı Taksim meydanında böyük coşqu ilə qeyd olunur.
Moderator.az dünya tarixinə düşmüş ən ağrı-acılı fəhlə talelərinin əks olunduğu fotoları təqdim edir:
1-ABŞ, 1900-cu ildə. Mədəndə işləyən 8 yaşlı balaca:

2-Braziliya, 1986-cı il. Qızıl mədəni. İnsanlar hər zülmə dözürlər:

3-Türkiyə, 1991-ci il. Zonquddağ ərazisində mədənçilərin etirazları:

4-Braziliyadakı qızıl mədənində işləyən fəhlə:

5-Rokfeller Centerin binasında çalışan fəhlələr. 69-cu mərtəbədədirlər:

6-Mədəndə çalışan 11 yaşlı amerikalı

Hazırladı: Elmin

































































































