Türkiyədə təhsil müəssisəsinə Mübariz İbrahimovun adı verildi - FOTO

Türkiyədə təhsil müəssisəsinə Mübariz İbrahimovun adı verildi - FOTO

Hazırda oxunan: Türkiyədə təhsil müəssisəsinə Mübariz İbrahimovun adı verildi - FOTO

17691

Türkiyənin Dənizli şəhərinin Çameli rayonunda yerləşən orta məktəbdə yeni yaradılan və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan texniki kodlama və robotlaşdırma üzrə emalatxananın rəsmi açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, M.İbrahimovun adının bu təhsil müəssisəsində əbədiləşdirilməsi Çameli icra başçısı Kerem Yenigünün təşəbbüsü ilə baş tutub.

Bu münasibətlə məktəbdə keçirilən mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova, Çameli icra başçısı Kerem Yenigün, bələdiyyə sədri Cengiz Arslan, rayonun təhsil şöbəsinin rəhbəri, məktəbin və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən K.Yenigün Mübariz İbrahimovun şəhidlik zirvəsinə yüksəldiyində hələ tələbə olduğunu bildirib.

Qeyd edilib ki, o zamanlar Mübariz İbrahimov onunla yanaşı bütün tələbə yoldaşları üçün əlçatmaz bir ideala, ancaq nağıllarda görülə biləcək qəhrəmana çevrilib. Uzun illər Milli Qəhrəmanımızın adının məhz doğma şəhərlərində yaşatmaq üçün nə isə edə bilmək arzusu ilə yaşadığını deyən icra nümayəndəsi bu arzusuna çatdığı və gələcək nəsillərə bu cür qəhrəmanı tanıtmaq imkanı əldə etdiyi üçün çox xoşbəxt olduğunu bildirib.

Bu cür mərasimin məhz Aprel döyüşlərinin ildönümü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan səfir emalatxananın yaradılmasında əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib.

Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsi əsirlərdən gələn Azərbaycan-Türkiyə qardaşlığının gələcək nəsillərə çatdırılması baxımından çox vacibdir.

Tədbirdə Milli Qəhrəmanımızın doğulduğu Biləsuvar rayonu ilə Dənizli vilayətinin, eləcə də Mübariz İbrahimovun təhsil aldığı orta məktəblə Çamelində yerləşən bu təhsil müəssisəsinin qardaşlaşması təklifi irəli sürülüb.

Bundan əlavə, mərasimdə səfirlik tərəfindən tədbirin təşkilində əməyi keçənlərə Azərbaycan-Türkiyə qardaşlığını özündə əks etdirən xüsusi simvolik tablolar və bu məktəbdə təhsil alan aztəminatlı ailələrin uşaqlarına tablet-kompüterlər hədiyyə edilib.

Məktəbin nəzdində Milli Qəhrəmanımızın adına yaradılan otaqda Mübariz İbrahimovun qəhrəmanlığı və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən fotoşəkillər və divar rəsmləri yerləşdirilib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO