Beynəlxalq Kosmik Stansiyaya göndərilən ilk türk astronavt Alper Gezeravcının dönüş tarixi təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə CNN Türk nəşri məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Alper Gezeravcı kosmosdan ayrılır
Məlumata görə, Florida sahillərindəki əlverişsiz hava şəraitinə görə bu addım atılıb.
Qeyd edilib ki, “Dragon” kosmik gəmisinin Yer kürəsinə qayıtması fevralın 5-nə planlaşdırılıb. Yer kürəsinə dönüş 30 saat çəkəcək.
Xatırladaq ki, Gezeravcı 14 gündür Beynəlxalq Kosmik Stansiyada elmi missiyalar üçün 13 fərqli eksperimental araşdırma aparıb. Ax-3 ekipajını kosmosa aparan kosmik gəmi yanvarın 16-da ABŞ-nin Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən havaya qalxıb.
Məhərrəm Əliyev, Bizim.Media