Putinin namizədliyi rəsmən qeydə alındı

Putinin namizədliyi rəsmən qeydə alındı

Hazırda oxunan: Putinin namizədliyi rəsmən qeydə alındı

175622

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində hazırkı dövlət başçısı Vladimir Putinin namizədliyini qeydə alıb.

Bizim.Media xəbər verir ki, Rusiya MSK-nın sədri Ella Pamfilova qərarın yekdilliklə qəbul edildiyini bildirib.

Vladimir Putin MSK-da qeydə alınan dördüncü namizəddir. Bundan əvvəl Leonid Slutski (RLDP), Vladislav Davankov (“Novıye lyudi”) və Nikolay Xaritonovun (RFKP) namizədlikləri də qeydə alınıb. 
Vladimir Putin artıq beşinci dəfə prezident seçkilərində iştirak edir. O, 2000-ci, 2004-cü, 2012-ci və 2018-ci illərdə də prezident seçkilərinə qatılmışdı.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-17-də keçiriləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO