1940-cı illərdə çəkilmiş şəkil görənləri TƏƏCCÜBLƏNDİRDİ: Smartfonlu insan əks olunub – FOTO  

1940-cı illərdə çəkilmiş şəkil görənləri TƏƏCCÜBLƏNDİRDİ: Smartfonlu insan əks olunub – FOTO  

Hazırda oxunan: 1940-cı illərdə çəkilmiş şəkil görənləri TƏƏCCÜBLƏNDİRDİ: Smartfonlu insan əks olunub – FOTO  

175574

İkinci Dünya Müharibəsi zamanı Britaniya çimərliklərindən birində çəkilmiş arxiv fotosu sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Buna səbəb çimərlikdə dincəlmək istəyən britaniyalıları əks etdirən şəkildə aşkar bir anomaliyanın olması olub. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 1943-cü ilə aid bir fotoda Kornuollda çimərlikdə günəşlənən insanların arasında zaman səyahətçisinin olduğu iddia edilib. 

Belə ki, günəşlənən insanların izdihamı arasında bir nəfər diqqət çəkib. Onun əlində müasir telefona, smartfona çox bənzəyən bir cihazın olduğu iddia edilib.
Fotonun Nyuquaydakı Tovan çimərliyində çəkildiyi bildirilir. Şəkilə diqqətlə baxanda qəhvəyi kostyumlu kişinin digərlərindən kəskin şəkildə seçildiyi görünür.  

Bir çox internet istifadəçisi bunu zaman səyahətinin mövcudluğunun “sübut”u kimi qiymətləndirib. Digərləri isə bu versiyanı tam cəfəngiyat hesab ediblər. Onlar əslində fotodakı şəxsin əlində siqaret olduğunu və kadrda mistik heç bir şeyin olmadığını bildiriblər. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO