İstanbulda kilsəyə hücumla bağlı 47 nəfər TUTULDU

İstanbulda kilsəyə hücumla bağlı 47 nəfər TUTULDU

Hazırda oxunan: İstanbulda kilsəyə hücumla bağlı 47 nəfər TUTULDU

175557

Türkiyə polisi yanvarın 28-də kilsədə baş verən atışmada əli olmaqda şübhəli bilinən 47 nəfəri saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin daxili işlər naziri Əli Erlikaya məlumat verib.

“Kilsəyə silahlı basqınla bağlı işin istintaqı çərçivəsində 30 ünvanda əməliyyat keçirilib, İŞİD ilə əlaqəsi olan biri Rusiya, biri Tacikistan vətəndaşı olmaqla 47 nəfər saxlanılıb", deyə o, qeyd edib.

Fövqəladə hadisə yanvarın 28-də yerli vaxtla saat 11:40 radələrində Sarıyer rayonunda yerləşən Müqəddəs Məryəm katolik kilsəsində baş verib. İki maskalı basqınçı atəş açaraq 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşını öldürüb.
Hücum edənlər isə sonradan polis tərəfindən ələ keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO