Rusiya prezidenti Vladimir Putin Belqorod vilayətində raketlə vurulan İl-76 hərbi nəqliyyat təyyarəsi ilə bağlı insidentə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Putin hərbi təyyarənin vurulmasında Ukrayna tərəfini ittiham edib.
"Aydındır ki, İl-76 Kiyevin nəzarətində olan ərazilərdən buraxılan raketlərlə vurulub.
Ukrayna Baş Kəşfiyyat İdarəsi İl-76-nın göyərtəsində ukraynalı hərbi əsirlərin olduğunu bilirdi", deyə Rusiya prezidenti vurğulayıb.
Bizim.Media