Rusiyanın Novosibirsk şəhərində həmyerlimiz kommunal qəzada, qaynar suyun küçələrə dolması zaman qəhrəmanlıq göstərərək insanlara kömək edib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Novosibirskdə fəhlə işləyən azərbaycanlı Rza Rzayev taxta yeşiklərdən hazırlanmış lövhələrdən istifadə edərək keçid təşkil edib.
O, təhlükəli maneəni dəf etmək üçün yoldan keçənlərə də dəstək olub, uşaqları qucağında gəzdirib. Həmyerlimizin bu görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və onu qəhrəmana çevirib.
Yerli sakinlər R.Rzayevin jestinə təşəkkür olaraq ona uzaqda yaşayan ailəsi ilə görüşmək üçün yol xərclərini qarşılamaq qərarına gəliblər.
Onlar qısa zamanda azərbaycanlı xilaskar üçün 71 min rubl toplayaraq ona maddi yardım ediblər.
Rza Rzayev isə sakinlərin ona təşəkkür məqsədilə topladığı məbləği uşaq evinə ianə edib.
Bizim.Media
![Rusiyada həmyerlimiz uşaqları xilas etdi – FOTO Rusiyada həmyerlimiz uşaqları xilas etdi – FOTO](https://bizim.media/file/articles/2024/01/26/1706249882_3.jpg)
- A-
- A
- A+
Dünya
10:15 / 26.01.2024
Rusiyada həmyerlimiz uşaqları xilas etdi – FOTO
Hazırda oxunan: Rusiyada həmyerlimiz uşaqları xilas etdi – FOTO
Hazırda oxunan: Rusiyada həmyerlimiz uşaqları xilas etdi – FOTO
175168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.