Qərb Ukraynaya etdiyi yardımların həcmini necə ŞİŞİRDİB? – ARAŞDIRMA 

Qərb Ukraynaya etdiyi yardımların həcmini necə ŞİŞİRDİB? – ARAŞDIRMA 

Hazırda oxunan: Qərb Ukraynaya etdiyi yardımların həcmini necə ŞİŞİRDİB? – ARAŞDIRMA 

174930

Xəbər verdiyimiz kimi, "Deutsche Welle" nəşri Almaniya hökumətinin Almaniyanın müdafiə xərclərini və Ukrayna ordusuna etdiyi yardımı şişirməsi haqqında məqalə dərc edib. Məqalədə deyilir ki, Almaniya Ukraynaya 17 milyard avrodan çox yardım göndərdiyini iddia edir:

“Rəqəmlər şişirdilib... Biz faktiki olaraq nə çatdırıldığına diqqətlə baxdıq və son iki ildə bu yardımların ümumi həcminin 4-5 milyard avro arasında olduğunu gördük”.

Digər ölkələr əslində nə qədər yardım ediblər?

"Deutsche Welle" nəşrinin yazdıqlarından sonra Bizim.Media aparıcı dünya dövlətlərinin Ukraynaya son 2 ildə etdiyi yardımları araşdırıb. 

Araşdırmamız nəticəsində bəlli olub ki, 2022-ci il fevralın 24-dən bu vaxtadək Ukrayna ümumilikdə 170 milyard avroya yaxın beynəlxalq yardım alıb. Bu, həm hərbi dəstəyi (ümumi məbləğin 40%-i), həm də maliyyə yardımının ehtiva edən ümumi məbləğdir. Yardımın qalanı - təxminən 10%-i - humanitar məqsədlidir.

“Ukraine Support Tracker”in məlumatına görə, 42 ölkə, həmçinin Avropa qurumları, BVF və Dünya Bankı Ukraynaya donorluq ediblər. Ən böyük donorsa, əlbəttə ki, Amerika Birləşmiş Ştatlarıdır. Bu ölkə Kiyevə 71 milyard avro yardım edib. Aİ ölkələri təxminən 62 milyard avro ayırıb ki, bunun da böyük hissəsi – 36 milyardı Ukrayna büdcəsinin ehtiyaclarına yönəlib.
Ukrayna Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Çin, Yaponiya, Norveç, Cənubi Koreya, İsveçrə, Tayvan, Türkiyə və Hindistandan daha 23 milyard pul alıb. Qalan vəsait - təxminən 13 milyard avro isə beynəlxalq maliyyə təşkilatları tərəfindən verilib.

Ukraynanın dövlət büdcəsi xarici yardımlardan asılıdır

Nəzərə alaq ki, Ukraynanın 2023-cü ildəki Dövlət Büdcəsi 41 milyard dollar olub ki, onun da 58,3 faizi xarici yardımlar hesabına formalaşıb.

Rəqəmlərə baxsaq görərik ki, son iki ildə Ukraynaya büdcə gəlirlərindən 4 dəfə çox yardım edilib. Amma bu yardımlar büdcə gəlirləri üzrə paylanan hissəsi 2 il ərzində cəmi 48 milyard dollar olub. Yerdə qalan 130 milyard dolların texniki yardım olması heç də inandırıcı görünmür. 

Ümumiyyətlə, yardımların həcmi kifayət qədər şübhəlidir. Məsələn, Estoniya Ukraynaya cəmi 540 milyon dollar yardım göstərib. Bu da Estoniyanın Ümumdaxili Məhsulunun 1,26 faizinə bərabərdir. Və yaxud Latviya Ukraynaya 510 milyon dollar xərcləyib ki, bu da bu ölkənin ÜDM-nin 1,09 faizi qədərdir. Bunlar isə reallıqdan uzaq görünür.

Şübhə doğuran başqa bir məqamsa ABŞ-ın 2024-cü il üçün Dövlət Büdcəsində Ukraynaya nəzərdə tutulan yardımın həcmidir. Belə ki, Ağ Ev Ukraynaya bu il üçün dövlət büdcəsindən vur-tut 800 milyon dollar yardım ayırıb. 

Əgər ABŞ Ukraynaya son iki ildə 71 milyard avro yardım edbsə, onda bu yardım 2024-cü ildə niyə 800 milyon dollar düşüb? Olduqca məntiqli və düşündürücü sualdır. 

Deməli, "Deutsche Welle" nəşri yazdıqlarında haqlıdır. Ukraynaya yardım adıyla qlobal dünyada çox çirkin maliyyə fırıldaqları aparılır. 

Təsadüfi deyil ki, bu yaxınlarda ABŞ-ın Respublikaçılar Partiyası Bayden Adminstrasiyasından 2023-cü ildə Dövlət Büdcəsindən Ukraynaya yardım adı ilə xərclənən 1 milyard dolların hesabatını tələb edib. 
Respublikaçılar iddia edir ki, 1 milyardın xərclənməsində şəffaflıq prinsipi pozub. Yəqin ki, seçkiqabağı respublikaçılar demokratlardan 71 milyard avronun da hesabatını istəyəcəklər. Bu hesabatı verə bilməyən Co Bayden isə hakimiyyətdən getmək məcburiyyətində qalacaq.

Surxay Atakişiyev, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO