“Araz Naxçıvan” “Neftçi”nin sabiq futbolçusunu transfer etdi

“Araz Naxçıvan” “Neftçi”nin sabiq futbolçusunu transfer etdi

Hazırda oxunan: “Araz Naxçıvan” “Neftçi”nin sabiq futbolçusunu transfer etdi

174821

“Araz-Naxçıvan” dövrələrarası fasilədə heyətini gücləndirməyə çalışır.

Bizim.Media xəbər verir ki, sözügedən klub Ramin Nəsirli ilə anlaşıb.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan sağ cinah yarımmüdafiəçisi ilə “6 ay + 1 il” müddətinə anlaşma imzalanıb.

“Neftçi”nin yetirməsi olan R.Nəsirli bir müddət Latviyanın güclülər dəstədində iştirak edən “Daugavpils” klubunda legioner həyatı yaşayıb. 2023-cü ilin fevralında bu kluba keçən futbolçu ötən ay geri dönüb.

“Araz-Naxçıvan”a keçidi ilə bağlı Nəsirli klub saytına bunları deyib:

“Baş məşqçi ilə görüşdük, məni komandada görmək istədiyini bildirdi. Dəvətə və etimada görə ona təşəkkür edirəm. Üzərimdə çalışacam, məqsədim əsas komandada meydana çıxmaq, daimi oynamaqdır. Bilirəm, mövqeyimdə rəqabət var, ancaq bura ehtiyatda oturmaq üçün gəlməmişəm. 

Başqa klublardan da təkliflər var idi. Latviyadan və yerli klublarımızdan dəvət almışdım, ancaq “Araz-Naxçıvan”ın oyun üslubu daha cəlbedici olduğuna görə, bu komandanı seçdim. Kollektiv də məni mehriban qarşıladı. Artıq iki məşqdə iştirak etmişəm. Gördüklərim məni qane edir”.
“Araz-Naxçıvan” bir neçə gün əvvəl İldar Ələkbərovu “Sabah”dan icarəyə götürüb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO