“Rusiya Ukrayna ilə bağlı istənilən danışıqlara hazırdır, lakin Kiyevin hazırkı hökumətini hakimiyyətdə saxlamağın yolları ilə bağlı danışıqlardan söhbət gedə bilməz”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
Lavrov Zelenskinin "sülh formulu" əhəmiyyətsiz adlandıraraq qeyd edib ki, ABŞ və Avropa İttifaqı (Aİ) bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır.
Bizim.Media