Almaniyada xəstənin bədənindən 32 kiloqramlıq şiş çıxarıldı - FOTO

Almaniyada xəstənin bədənindən 32 kiloqramlıq şiş çıxarıldı - FOTO

Hazırda oxunan: Almaniyada xəstənin bədənindən 32 kiloqramlıq şiş çıxarıldı - FOTO

174459

Almaniyanın Maqdeburq şəhərində həkimlər 24 yaşlı xəstədə nəhəng yumurtalıq şişi aşkar ediblər. 32 kiloqramlıq törəmə uğurla çıxarılıb.

Bizim.Media “gazeta.ru” saytına istinadən xəbər verir ki, gənc xanım təngnəfəslik və ümumi halsızlıq şikayətləri ilə həkimə müraciət edib. Müayinə zamanı həkimlər onun yumurtalığında nəhəng xoşxassəli şiş - kistadenoma aşkar ediblər.

Törəmə uzun müddət bağırsaqları və mədəni sıxıb, bu səbəbdən xəstə normal qidalana bilməyib və xeyli çəki itirib.
Bir neçə saat ərzində şiş çıxarılıb. Qadın əməliyyatdan sonra bir həftə həkim nəzarətində olub və qənaətbəxş vəziyyətdə ambulator müalicəyə buraxılıb.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO