Əfqanıstanda radardan itən təyyarə “Atletik Group”a məxsusdur. Təyyarə Daşkənddən Moskvaya uçurdu.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyi (Rosaviasiya) açıqlama yayıb.
Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş “Falcon 10” təyyarəsi yanvarın 20-də axşam saatlarında Əfqanıstanın hava məkanında (Tacikistan sərhədi yaxınlığında) olarkən əlaqə kəsilib və radarlardan itib.
“İlkin məlumata görə, təyyarənin göyərtəsində altı nəfər - dörd ekipaj üzvü və iki sərnişin olub", - məlumatda deyilir.
“Rosaviasiya” Əfqanıstan və Tacikistanın aviasiya qurumları ilə əlaqə saxlayır. Hazırda təyyarənin axtarışı davam etdirilir.
Bədaxşan əyalətindəki Taliban hərəkatının nümayəndəsi “Khaama Press” agentliyinə hadisənin başvermə səbəbini araşdırmaq üçün bölgəyə qrupun göndərildiyini təsdiqləyib. Agentliyin məlumatına görə, təyyarə radardan çıxıb və dağlıq əraziyə düşüb.
- A-
- A
- A+
Dünya
12:18 / 21.01.2024
Qəzaya uğrayan təyyarə ilə bağlı Rusiyadan AÇIQLAMA: “Göyərtədə 6 nəfər olub” - VİDEO
Hazırda oxunan: Qəzaya uğrayan təyyarə ilə bağlı Rusiyadan AÇIQLAMA: “Göyərtədə 6 nəfər olub” - VİDEO
Hazırda oxunan: Qəzaya uğrayan təyyarə ilə bağlı Rusiyadan AÇIQLAMA: “Göyərtədə 6 nəfər olub” - VİDEO
174416
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.