Rusiya kəşfiyyatçısı: “Qarabağla bağlı materiallar toplayın. İndi vacibdir” - SENSASİYALI SƏS YAZISI

Rusiya kəşfiyyatçısı: “Qarabağla bağlı materiallar toplayın. İndi vacibdir” - SENSASİYALI SƏS YAZISI

Hazırda oxunan: Rusiya kəşfiyyatçısı: “Qarabağla bağlı materiallar toplayın. İndi vacibdir” - SENSASİYALI SƏS YAZISI

17413

Bolqarıstanın hərbi kəşfiyyat zabitlərinin Rusiya lehinə casusluq etməsi haqda sensasiyalı səs yazısı ortaya çıxıb.  Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) agentlərindən biri casusa tapşırıq verir:

“Dağlıq Qarabağ haqqında materiallar toplayın. Bu, indi vacib və aktualdır”.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Ukraynanın “Obozrevatel” televiziyası yayıb.

Mənbə yazır ki, martın 19-da Bolqarıstanda keçirilmiş xüsusi əməliyyat zamanı Kremlə casusluq etməkdə şübhəli bilinən iki hərbi kəşfiyyat zabiti tutulub.

Onlar altı nəfər olub. Casus qrupuna Bolqarıstan hərbi kəşfiyyatının keçmiş məmuru başçılıq edib. Təşkilata tutulanlar içində Bolqarıstan və Rusiya Federasiyasının ikili vətəndaşı olan bir nəfərin arvadı da daxil olub.

Bolqarıstan persona non qrata elan edərək iki rus diplomatı casusluqda günahlandıraraq ölkədən çıxarıb.

Rusiyaya casusluq etməkdə şübhəli bilinən və tutulan Bolqarıstan hərbi kəşfiyyat zabitlərindən Rusiya, Ukrayna, Belarus və digər ölkələrlə əlaqəli materiallar əldə etmələri tələb edilib. Söhbət Yaxın Şərq ölkələri, İraq, Suriya, eləcə də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı gizli materiallardan gedir.

"Hansı materiallara ehtiyac var - Bolqarıstandakı vəziyyət, Rusiya Federasiyası, Ukrayna, İraqla əlaqəli hər şey.

Dağlıq Qarabağ çox vacibdir. 4 ay ərzində Suriyaya dair materiallar əldə edə bilməmisinizsə, şəkil çəkin. Həmçinin Ukrayna və Belarusda etirazların əsasını təşkil edən polislər haqda. Gizli sənədlərə girişiniz olduğu üçün məlumatları videoya çəkin”. Kuratorun səs yazısında belə deyilir. 

Yazıda  ehtimal olunan casusluq üçün ödənişlə əlaqəli söhbət də olub:

"İndi nə qədər ödəyəcəklərini deyə bilmərəm, bu, materialdan asılıdır. Ancaq prinsipcə bu, xarici valyutada olacaq. Xarici valyutaya, yoxsa Bolqar levasına üstünlük verirsən? Deyin mənə, pulu harada saxlayacaqsınız? Hər ay sənə 2000 və ya 3000 lev ( məzənnəsi 1 lev = 0,5 avro) verəcəklərsə, bu yaxşı məbləğdir”.

Bolqarıstan mətbuatının verdiyi məlumata görə, casus beş il əvvəl Bolqarıstan hərbi kəşfiyyatının rəhbərliyində yer alan 74 yaşlı istefada olan polkovnik İvan İliyev olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO