Yanvarın 15-16-sına keçən gecə İran İslam Keşikçiləri Korpusunun (SEPAH) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə endirdiyi aviazərbələrə cavab olaraq, İslamabad da yanvarın 18-də İranın Sistan və Bəlucistan əyalətinin Seravan dairəsinə aviazərbələr endirib. Hər iki tərəf, endirilən aviazərbələrin məqsədinin terrorçuların sığınacaqları olduğunu bildirib.
Yaranmış vəziyyət istər-istəməz Tehranla İslamabad arasında gərginliyin artmasına səbəb olub. Görünən odur ki, iki İslam ölkəsi arasında düşmənçilik toxumunun səpilməsi regiondan kənar hansısa qüvvələrin maraqları çərçivəsindədir. Onlar belə gərginlik yaratmaqla regiona təzyiq və təsirlərini gücləndirməyə çalışırlar.
Görəsən, iki İslam ölkəsini savaşa sürükləyən kimlərdir?
Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Pakistanla İran arasında qarşıdurmanın güclənməsində maraqlı olan əsas ölkə ABŞ-dır: “İranla Pakistanla sərhəddə İslamabadın nəzarət etmədiyi bölgədəki terrorçu birləşməyə zərbə endirib. Sözsüz ki, Tehranın İslamabadla razılaşdırmadan atdığı bu addım Pakistanın dövlət suverenliyinə təhdid deməkdir.
Ona cavab olaraq Pakistan da əks-zərbələr endirib. Şübhəsiz ki, bölgədə eskalasiyanın güclənməsində maraqlı olan tərəf ABŞ-dır. Onu da nəzərə alaq ki, İslamabadla Tehran arasında zaman-zaman gərginlik olub. Bəlli dairələr də bilərəkdən bundan istifadə edərək aranı qarışdırır. Terrorçu qruplaşmaların arxasından həmişə ABŞ-a bağlı xüsusi xidmət orqanları çıxır. ABŞ ərazidə xaos yaratmaq və idarə olunan xaos nəzəriyyəsilə özünün bölgə ilə bağlı geosiyasi maraqlarını həyata keçirmək istəyir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
15:50 / 18.01.2024
İki İslam respublikası ÜZ-ÜZƏ – İran-Pakistan gərginliyinin PƏRDƏARXASI
Hazırda oxunan: İki İslam respublikası ÜZ-ÜZƏ – İran-Pakistan gərginliyinin PƏRDƏARXASI
Hazırda oxunan: İki İslam respublikası ÜZ-ÜZƏ – İran-Pakistan gərginliyinin PƏRDƏARXASI
174004
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.