Maldiv Hindistana vaxt qoydu - Bu tarixədək hərbçilərini adalardan çıxartmalıdır

Maldiv Hindistana vaxt qoydu - Bu tarixədək hərbçilərini adalardan çıxartmalıdır

Hazırda oxunan: Maldiv Hindistana vaxt qoydu - Bu tarixədək hərbçilərini adalardan çıxartmalıdır

173389

Maldiv Respublikası Hindistandan ordusunu martın 15-dək adalardan çıxarmağı xahiş edib.

Bizim.Media xəbər verir ki, bu barədə Maldiv Prezidentinin Administrasiyasının ictimai-siyasət məsələləri üzrə köməkçisi Abdulla Nazim İbrahimə istinadən “Sun Online” qəzeti məlumat yayıb.

"Hindistanlı hərbçilər Maldiv adalarında qala bilməz. Bu, Prezident Mohamed Muizzunun və indiki administrasiyanın siyasətidir", - deyə A.İbrahim deyib. 

Onun sözlərinə görə, respublika rəhbəri Hindistandan rəsmi olaraq martın 15-dək ordunu geri çəkməyi istəyib.

A.İbrahim xatırladıb ki, iki ölkə qoşunların çıxarılması ilə bağlı danışıqlar aparmaq üçün yüksək səviyyəli qrup yaradıblar. Bu qrupun ilk iclası bazar günü keçirilib. Orada Hindistan ordusunun çıxarılmasının vaxtı ilə bağlı məsələ müzakirə olunub.
Nəşrin məlumatına görə, Maldiv adalarında 88 hindistanlı hərbçi var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO