Fransada yeni növ koronavirusa yoluxanların sayının artması nəticəsində karantin rejimi sərtləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Fransnın Səhiyyə Təşkilatı məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində 49 min 215 yeni yoluxma aşkar edilib.
Ölkədə bir gündə 256 nəfərin ölümü ilə virusun səbəb olduğu ümumi insan itkisi 36.565-ə çatıb. Bu səbəbdən ölkənin 54 bölgəsində 21.00-06.00 saatlarında küçəyə çıxmaq məhdudlaşdırılıb.
Bundan əlavə Universitetlər istisna olmaqla bütün məktəblərin açıq olduğu, bazarlara və səhiyyə müəssisələrinə getmək üçün çıxa biləcəkləri bildirilib.
Bizim.Media