Avropanın şimalında insanlar donur - 40 dərəcə şaxta var

Avropanın şimalında insanlar donur - 40 dərəcə şaxta var

Hazırda oxunan: Avropanın şimalında insanlar donur - 40 dərəcə şaxta var

172325

Şimali Avropa güclü şaxtaların təsirinə məruz qalıb. Norveçin paytaxtında havanın temperaturu müşahidələr dövrü ərzində ilk dəfə olaraq mənfi 30 dərəcədən aşağı enib. İsveç və Finlandiyada isə termometrlər mənfi 40 dərəcəni göstərir.

Bizim.Media xəbər verir ki, yanvar ayı Avropanın şimalında şiddətli soyuq və qarla başlayıb.

Yanvarın 3-də İsveçin bəzi rayonlarında havanın temperaturu mənfi 43 dərəcəyə enib ki, bu da son 25 ilin rekord göstəricisidir. Finlandiyada da rekord şaxtalar müşahidə edilir - mənfi 44,3 dərəcə.

Osloda meteoroloji müşahidələr tarixində ən aşağı temperatur qeydə alınıb. Yanvarın 6-na keçən gecə Norveç paytaxtında 31,1 dərəcə şaxta olub.
Rusiyanın Avropa hissəsi də anomal şaxtalarla üzləşib. Yanvarın 4-nə keçən gecə Moskvada termometrlər mənfi 27 dərəcəni göstərib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO