Romada yerləşən zooparkda nəsli kəsilməkdə olan Sumatra pələngi doğulub.
Bizim.Media xəbər verir ki, bu barədə "Bioparco" zooparkı məlumat yayıb.
Bildirilir ki, təbiətdə 600-dən az nümunə qalan Sumatra pələngi nəsli kəsilmək təhlükəsi ilə üzləşən 6 canlı növündən biridir.
Pələngin saxlanılma şəraiti Avropa Zooparklar və Akvariumlar Assosiasiyası tərəfindən koordinasiya edilir.
Bizim.Media