248 rusiyalı hərbçi Ukrayna əsirliyindən geri QAYTARILIB

248 rusiyalı hərbçi Ukrayna əsirliyindən geri QAYTARILIB

Hazırda oxunan: 248 rusiyalı hərbçi Ukrayna əsirliyindən geri QAYTARILIB

171926

Rusiya Müdafiə Nazirliyi 248 rusiyalı hərbçini Ukrayna əsirliyindən geri qaytarıb.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə bundan əvvəl mürəkkəb danışıqlar prosesi olub.

“Rusiya hərbçilərinin əsirlikdən qayıtması Birləşmiş Ərəb Əmirliklərinin humanitar vasitəçiliyi sayəsində mümkün olub”, - nazirliyin bəyanatında deyilir.

Sərbəst buraxılan bütün Rusiya hərbi qulluqçularına tibbi və psixoloji yardım göstərilir, onlar Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün hərbi nəqliyyat təyyarələri ilə daşınacaqlar.
Dekabrın 22-də Rusiyadakı İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib ki, ilk dəfə olaraq Rusiya hərbi əsirləri və ukraynalı hərbçilər üçün ikitərəfli köçürmələr və qohumların məktubları mübadiləsi aparılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO