Oktyabrın 31-də axşam saatları erməni saytları sevincək xəbər yayıblar ki, FİFA Azərbaycan klubunun avrokuboklardan çıxarılmasını tələb edir.
Bizim.Media erməni saytlarına istinadən xəbər verir ki, son bir ay ərzində Ermənistan Futbol Federasiyası FİFA-ya “Qarabağ”Futbol Klubu haqda bir neçə dəfə şikayətlər ünvünlayıb.
Müraciətlərdə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun ermənilər haqda paylaşdığı statuslarda hərbi ritorika və genosidə çağırış olduğu əsaslandırılıb.
Eyni zmanda “Qarabağ” komandasının beynəlxalq arenada çıxışları zamanı onun bir neçə nümayəndəsinin hərbi ritorikası və militarist davranışının olduğu da qeyd olunub.
Ermənistan Futbol Federasiyası UEFA-ya da müvafiq şikayət göndərərək, həm yuxarıda göstərilən əməkdaşın, həm də Azərbaycan klubunun avrokuboklardan çıxarılmasını tələb edib.
Erməni saytları qeyd edirlər ki, FİFA şikayətə baxaraq guya, UEFA-dan ermənilərin istədiyi şəkildə qanunu pozanların cəzalandırılmasını istəyib:
“Nifrət oyatmaq, zorakılıq çağırışları və ksenofobiya futbolda aradan qaldırılmalı, Avropa futbol ailəsində qəbul edilən dəyərlər də ön plana çıxmalıdır”.
Erməni mətbuatı belə yazıb.
Bizim.Media