ABŞ “Gerald R. Ford” təyyarədaşıyan gəmisini bölgədən çıxarır

ABŞ “Gerald R. Ford” təyyarədaşıyan gəmisini bölgədən çıxarır

Hazırda oxunan: ABŞ “Gerald R. Ford” təyyarədaşıyan gəmisini bölgədən çıxarır

171819

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra Aralıq dənizinin şərqinə göndərdiyi dünyanın ən böyük hərbi gəmisi olan “Gerald R. Ford”u geri çağırıb. 

Bizim.Media BBC-yə istinadla xəbər verir ki, bu barədə açıqlamada təyyarədaşıyan gəminin mayın 2-də başlayan səkkiz aylıq səyahət çərçivəsində hərbi təyinatlı ilk yerdəyişməsindən sonra Virciniyaya qayıda biləcəyi bildirilib. 

Qeyd edək ki, 2017-ci ildə Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilən “Gerald R. Ford” ABŞ donanmasının 40 ildən çox müddətdə layihələndirdiyi yeni və ən müasir təyyarədaşıyan gəmisidir. 
“Gerald R. Ford” təyyarədaşıyan gəmisi oktyabrın əvvəllərində Aralıq dənizinin şərqinə gəlib. 

Xatırladaq ki, oktyabrın 7-də Qəzzada yerləşən HƏMAS yaraqlıları İsrailin cənubuna qanlı hücum həyata keçirib. Buna cavab olaraq İsrail ordusu HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO