Putin: “Ukraynadakı münaqişəni bitirmək istəyirik” – VİDEO 

Putin: “Ukraynadakı münaqişəni bitirmək istəyirik” – VİDEO 

Hazırda oxunan: Putin: “Ukraynadakı münaqişəni bitirmək istəyirik” – VİDEO 

171664

“Rusiya Ukraynadakı münaqişəni bitirmək istəyir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hərbi hospitalda hərbçilərlə görüşündə bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın düşməni deyil, Rusiyanın düşməni onun strateji məğlubiyyətinə nail olmaq istəyənlərdir: 

"Qərb əsrlər boyu Rusiya ilə məşğul olmaq vəzifəsini qarşısına qoyub, lakin biz, deyəsən, onlarla daha tez məşğul olacağıq. Biz də münaqişəyə son qoymaq istəyirik, ancaq öz şərtlərimizlə..."

Putin qeyd edib ki, döyüş meydanında vəziyyət dəyişir, "düşmən sönməy"ə başlayıb.

Rusiya prezidenti Belqorodda baş verənləri isə terror aktı adlandırıb:

"Əlbəttə, biz Kiyevin və istənilən başqa şəhərin meydanlarına zərbə endirə bilərik. Başa düşürəm, mənim də içim yanır, amma bizə mülki insanları vurmaq lazımdır? Xeyr, biz hərbi hədəfləri vururuq, belə də edəcəyik", - deyə Rusiya Prezidenti vurğulayıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO