Qazaxıstan hakimiyyəti “Taliban” hərəkatının qadağan olunmuş təşkilatlar siyahısından çıxarılması haqqında qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bu barədə Kazinform agentliyinə müsahibəsində deyib.
“Qazaxıstan qadağan edilən terror təşkilatlarının siyahısını yeniləmək üçün mütəmadi olaraq audit aparır. Proses çərçivəsində BMT praktikasına uyğun olaraq “Taliban” hərəkatının siyahıdan çıxarılması barədə qərar qəbul olunub. Belə ki, bu hərəkat BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına daxil edilməyib”, - deyə Aybek Smadiyarov bildirib.
Onun sözlərinə görə, Qazaxıstan BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qərar və qətnamələrinəə bundan sonra da ciddi şəkildə əməl edəcək.
“Taliban” müxtəlif ölkələrlə, o cümlədən Qazaxıstanla diplomatik əlaqələr qurmağa çalışır. Onlar ən yaxın qonşuları ilə fəal ticarət əlaqələri qururlar”, - deyə nazirliyin nümayəndəsi Astananın “Taliban” hərəkatı ilə diplomatik münasibətlərinin gələcək inkişafına dair suala cavab verərkən vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:49 / 29.12.2023
Bu ölkədə “Taliban” qadağan olunmuş təşkilatlar siyahısından çıxarıldı
Hazırda oxunan: Bu ölkədə “Taliban” qadağan olunmuş təşkilatlar siyahısından çıxarıldı
Hazırda oxunan: Bu ölkədə “Taliban” qadağan olunmuş təşkilatlar siyahısından çıxarıldı
171271
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.